zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
300
19 June 2026
Ata və övlad münasibətləri
"Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.
41 min
19 June 2026
Muğam sənətinin incəlikləri: Yaqut Abdullayeva ilə sənət söhbəti
“Sənətin səsi” verilişinin qonağı xanəndə, Əməkdar artist Yaqut Abdullayeva ilə Qarabağ xanəndəlik məktəbinin sənətkarın yaradıcılığına təsiri və keçdiyi sənət yolu barədə söhbət apardıq. Qonağımız muğam sənətinə olan sevgisindən, səhnə fəaliyyətinin yaddaqalan məqamlarından bəhs etdik. Eyni zamanda, Qarabağın musiqi ənənələri, muğam sənətinin incəlikləri və bu dəyərlərin gələcək nəsillərə...
31 min
18 June 2026
Rəqabətdə necə fərqlənməli? Biznesdə Brend Dəyərinin Gücü I Biznes inciləri
“Biznes inciləri” verilişinin qonağı “Beko” şirkətinin Qafqaz regionu üzrə regional marketinq meneceri Əfşan Bağırlı ilə qlobal brendin regional bazarlarda tətbiq etdiyi marketinq strategiyaları, müasir dövrdə istehlakçı davranışlarının dəyişməsi, rəqəmsal marketinq alətlərinin biznesə təsiri və brend dəyərinin formalaşdırılması mövzularını müzakirə etdik. Həmçinin marketinq sahəsində müşahidə...
35 min
18 June 2026
Elvin Mirzəyev ilə yaradıcılıq dolu söhbət I Sənətin səsi
"Sənətin səsi" verilişində qonaq rejissor Elvin Mirzəyev ilə yaradıcılıq yolu, səhnədə yaşadığı maraqlı məqamlar, uğurlu layihələri və gələcək planları barədə söhbət etdik. Verilişdə, həmçinin müasir teatrın inkişaf istiqamətləri, rejissor baxışının formalaşması haqqında danışdıq.
40 min
17 June 2026
Rəqəmsal dövrdə ailədaxili münasibətlərin qorunması I Valideyn saatı
“Valideyn saatı” verilişinin qonağı media və kommunikasiya mütəxəssisi Azər Nəzərov ilə rəqəmsal texnologiyaların ailə münasibətlərinə təsiri, sosial şəbəkələrin ailədaxili ünsiyyətə gətirdiyi dəyişikliklər, valideynlərin uşaqların rəqəmsal həyatına nəzarəti və ailədə sağlam kommunikasiya mühitinin yaradılması yolları haqqında danışdıq.
38 min
17 June 2026
Əməkdar artist Mirnazim Əsədullayevlə kamança və muğam haqqında söhbət I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Azərbaycanın tanınmış kamança ifaçısı, Əməkdar artist, Mirnazim Əsədullayev ilə kamança sənətinin yaşadılmasından, muğam sənətinə verdiyi töhfələr və uzun illərə söykənən səhnə fəaliyyəti barədə söhbət açdıq. Veriliş zamanı sənətkarın kamança ilə bağlı xatirələri, ustad-şagird ənənələri ətrafında fikir mübadiləsi apardıq.
40 min
16 June 2026
Biznesdə uğurun sirri: Müasir liderlik və strateji inkişaf - Könül Əliyeva I Biznes inciləri
"Biznes inciləri” verilişinin qonağı “FutureBright” şirkətlər qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva ilə müasir biznes mühitində liderliyin rolu, şirkətlərin inkişaf strategiyaları, insan resurslarının idarə olunması, korporativ mədəniyyətin formalaşdırılması və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi mövzularını müzakirə etdik. Həmçinin, o, uğurlu karyera yolundan, idarəetmə...
34 min
16 June 2026
Tar və kamança Türkmənistan səhnəsində: Aişə Binnətzadə-Orucova və Əmrah Orucov I Sənətin səsi
"Sənətin səsi” verilişinin qonaqları kamança ifaçısı Aişə Binnətzadə-Orucova və tar ifaçısı Əmrah Orucov ilə Türkmənistanda baş tutan çıxışları, Azərbaycan milli musiqisinin beynəlxalq səviyyədə təbliği və səhnə təəssüratları barədə söhbət apardıq. Verilişdə qonaqlar səfər zamanı yaşadıqları unudulmaz anlardan, eləcə də tar və kamançanın harmoniyasından danışdılar.
33 min
12 June 2026
Vüqar Əbdülov: Meyxana sənəti və aktyorluq karyerası I Sənətin səsi
"Sənətin səsi” verilişinin qonağı aktyor və meyxana ifaçısı Vüqar Əbdülov ilə sənətə gəliş yolu, aktyorluq təcrübəsi, meyxana yaradıcılığı, yaddaqalan çıxışları haqqında söhbət etdik. Eyni zamanda, o, həyatında dönüş nöqtəsinə çevrilən hadisələrdən, səhnə arxasında yaşadığı xatirələrdən danışdı.
28 min
11 June 2026
Marketinq və biznesin inkişafı: Nərmin Əyyubova ilə söhbət I Biznes inciləri
“Biznes inciləri” verilişinin qonağı marketinq eksperti Nərmin Əyyubova ilə müasir dövrdə marketinqin bizneslərin inkişafındakı rolu, brend quruculuğunun əsas prinsipləri, rəqəmsal marketinq alətlərinin effektiv istifadəsi və müştəri loyallığının formalaşdırılması yolları haqqında danışdıq.
35 min